Bakı. Trend:
İndoneziyanın Şimali Sulavesi bölgəsində sel və daşqınlar nəticəsində azı 14 nəfər həyatını itirib.
Trend bu bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ötən gün səhər saatlarında yağan güclü yağışlar Siau adasında qəfil selə səbəb olub.
Ölənlərdən savayı dörd nəfər itkin düşmüş hesab olunur və onların axtarışı üçün 16 xilasedici cəlb edilib.
Ölkənin Fövqəladə Halların Qarşısının Alınması Agentliyinin sözçüsü Abdul Muharinin açıqlamasına görə, qəfil seldən sonra fəlakət zonasında yaşayan azı 444 nəfər yerli məktəblərə və kilsələrə təxliyə edilib.
