Bakı. Trend:
Cənubi Koreyanın "Hyundai Motor" şirkəti 2026-cı ildə satış hədəfini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, şirkət bu il 4,16 milyon avtomobil satmağı planlaşdırdığını bildirib.
Bu göstərici şirkətin 2025-ci ildə əldə etdiyi 4,14 milyonluq satış nəticəsindən bir qədər yüksəkdir. Lakin ötən il üçün qoyulan 4,17 milyonluq hədəfdən aşağıdır.
