...

Macarıstan Avropa İttifaqını tərk etməyəcək - Orban

Dünya xəbərləri Materials 6 Yanvar 2026 15:05 (UTC +04:00)
Macarıstan Avropa İttifaqını tərk etməyəcək - Orban
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Avropa İttifaqını tərk etməyəcək, Avropa İttifaqı özü parçalanacaq .

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Orban Macarıstanın Aİ-dən çıxmaq ehtimalını rədd edib və bunun üçün məntiqi əsasın olmadığını qeyd edib.

“Aİ üzvlüyü vacib bir fürsətdir, amma əgər biz təkcə bu blokda ilişib qalsaq, vəziyyət ürəyaçan olmayacaq . Amerika, Rusiya, Çin, Ərəb dünyası və Türk dünyası da daxil olmaqla, bütün bloklarla ən yaxşı münasibətlər qurmaq məntiqlidir”,- deyə Orban əlavə edib.

O vurğulayıb ki, Macarıstanın gələcəyi blok və NATO çərçivəsindədir lakin bunun üçün suveren xarici siyasət və iqtisadi siyasət yürüdülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti