...

Ötən ilin 9 ayında Avstriya Azərbaycan iqtisadiyyatına 22 milyon dollara yaxın investisiya yatırıb

İqtisadiyyat Materials 6 Yanvar 2026 15:21 (UTC +04:00)
Ötən ilin 9 ayında Avstriya Azərbaycan iqtisadiyyatına 22 milyon dollara yaxın investisiya yatırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr ayları ərzində Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,809 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,894 milyon dollar və ya 29% azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Avstriyadan reallaşan investisiyaların payı 0,5% təşkil edib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzində Avstriya iqtisadiyyatına 3,740 milyon dollar sərmayə qoyub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 milyon dollar və ya 13 dəfə azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Avstriyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 30,703 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 48,638 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti