Bakı.Trend:
Əfqanıstanda uzun illər şəriət qaydalarını pozduğu və “cadugərliklə” məşğul olduqları iddia olunan iki qadın saxlanılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xeyirin Təşviqi və Şərin qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Paktika əyalətinin Barmal qəsəbəsində uzun illər kişi qiyafəsində, kişi saç düzümündə olaraq, şəriətə zidd olan cadugərlik fəaliyyəti ilə məşğul olan iki qadın saxlanılıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, qadınlar yerli əhalinin şikayətləri əsasında saxlanılıblar. Saxlanılan şübhəlilərin evlərindən cadugərliklə baxlı kitablar və müvafiq ləvazimatlar aşkarlanıb.
İlkin istintaqdan sonra təqsirləndirilən şəxslər məhkəmə orqanlarına təhvil verilib və onların işlərinə şəriət qanunlarına uyğun şəkildə baxılacaq. İslam hüququnda cadugərlik və falçılıq ağır günahlardan biri hesab olunur.
