...

Nikolas Maduro ABŞ məhkəməsində özünü təqsirli bilməyib

Dünya xəbərləri Materials 5 Yanvar 2026 22:22 (UTC +04:00)
Nikolas Maduro ABŞ məhkəməsində özünü təqsirli bilməyib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Nikolas Maduro ABŞ-da federal məhkəmədə ilk dəfə çıxış edərək ona qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və “narkotik terrorizmi məqsədilə sui-qəsd” ittihamları üzrə özünü təqsirli bilmədiyini bəyan edib.

Trend xəbər verir ki, məhkəmədə çıxışı zamanı Maduro hakimə bildirib: “Mən günahsızam. Mən layiqli bir insanam və ölkəmin prezidentiyəm.”

Məhkəmə iclasında ABŞ prokurorluğu tərəfindən ittihamların xülasəsi oxunub. Sözügedən ittihamlar Donald Tramp administrasiyası dövründə Maduronun həbs edilərək Nyu-Yorka gətirilməsini əsaslandıran cinayət işinə dayanır.

Maduro ittiham aktını oxumadığını və hüquqları barədə əvvəlcədən məlumatlandırılmadığını deyib. O, tərcüməçi vasitəsilə bildirib ki, bu hüquqlardan yalnız məhkəmə zamanı xəbərdar olub.

Maduronun həyat yoldaşı, Venesuelanın birinci xanımı Cilia Floresə müraciət edərək şəxsiyyətini təsdiqləməsini istəyib. Flores məhkəmədə özünü Venesuela Respublikasının birinci xanımı kimi təqdim edib və ona qarşı irəli sürülən ittihamlar üzrə də günahsız olduğunu bəyan edib: “Günahkar deyiləm.”

Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti