Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) gecə saatlarında Livanın müxtəlif ərazilərinə aviazərbələrin endirildiyini təsdiqləyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
IDF mətbuat xidmətinin məlumatına əsasən, aviareydlərdə başlıca olaraq HƏMAS və Hizbullah qruplaşmaları tərəfindən istifadə olunan infstruktur hədəfə alınıb.
IDF vurulan obyektlərin mülki ərazilərdə yerləşdiyini təsdiqləyərək, terrorçu qruplaşmaların əhalidən canlı sipər kimi istifadə etmək strategiyasına diqqət çəkib.
Məlumata görə, aviazərbələrdən əvvəl yerli əhaliyə təxliyə ilə bağlı xəbərdarlıq edilib.
