Bakı. Trend:
Amerika Birləşmiş Ştatların sərəncamında Venesuala hökumətinə təzyiq göstərmək üçün çoxlu rıçaqları var.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit “Fox News” telekanalının efirində bildirib.
O, ABŞ dövlət katibi Marko Rubionun Bolivar respublikasının hökuməti ilə mütəmadi olaraq yazışdığını diqqətə çatdırıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkələrindən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib.
Yanvarın 5-də isə Maduro ilk dəfə olaraq ABŞ məhkəməsinə (Manhetten Federal məhkəməsi) çıxarılıb və ona qarşı ittihamlar səsləndirilib.
