Bakı. Trend:
Bayram günlərində Bakı Metropoliteni 2 milyona yaxın sərnişin daşıyıb.
Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin dekabrında isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % artım müşahidə olunub.
"Yeni il tətili, şəhər gəzintiləri və ailə görüşləri - bir sözlə, bütün yollar yenə metrodan keçib", - qurumdan vurğulanıb.
