Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsini imzalayıblar.
Trend “Ukrinform”a istinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra imzalanıb.
Məlumatda bildirilib ki, Ukrayna, Fransa və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Ukraynanın müdafiəsini, yenidən qurulmasını və strateji dayanıqlığını dəstəkləmək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsinə dair Niyyət Bəyannaməsi qəbul olunub.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ukrayna ordusunun şəxsi heyətinin sayı 700 min nəfərə çatacaq və Qərb tərəfdaşları bu prosesə dəstək verməyi öhdələrinə götürüblər.
O, həmçinin qeyd edib ki, atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün “İstəklilər koalisiyası”na daxil olan xarici qüvvələr Ukrayna ərazisində quruda, havada və dənizdə yerləşdiriləcək.
