Bakı. Trend:
Niderlandın ən böyük beynəlxalq hava limanı "Sxiphol" pis hava şəraiti səbəbindən ən azı 450 reysi ləğv edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu rəqəmin daha da artacağı gözlənilir.
Ötən gün qar və buzlaşma səbəbindən 600 reys ləğv edilmişdi.
