Bakı. Trend:
"Real" İspaniya Superkubokunun "Atletiko" ilə yarımfinal oyununa ciddi itki ilə çıxacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məılumat yayıb.
Məlumata görə, Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Fransalı hücumçu Səudiyyə Ərəbistanına aparılan heyətə daxil edilmayəb. Mbappe Madriddə qalıb bərpa prosesi keçəcək.
"Real"ın "Atletiko" ilə oyunu 8 yanvar tarixində keçiriləcək. "Kral klubu" finala yüksəlsə, həmin matçda Mbappenin xidmətindən istifadə edə bilməyəcək.