Bakı. Trend:
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,790 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 518 min ABŞ dolları və ya 12% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Avstriyanın payı 1% təşkil edib.
Həmçinin ötən ilin ilk 9 ayında Avstriyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,504 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 39,5% azalma deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Avstriyanın payı 0,9% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Avstriyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,308 milyon ABŞ dolları, əks istiqamətdə isə 12,414 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.
