Bakı. Trend:
Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mərt Günokla yollarını ayırıb.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, 36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib. Türkiyə millisinin üzvü 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi.
Mərt Günok karyerasını sabiq komandası “Fənərbaxça”da davam etdirəcək. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.