...

Salyanda qəzada xəsarət alanlardan biri ölüb (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Yanvar 2026 09:45 (UTC +04:00)
Salyanda qəzada xəsarət alanlardan biri ölüb (YENİLƏNİB)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan və vəziyyəti ağır olan 1 nəfərin (kişi) 05.01.2025-ci il tarixində saat 18:20 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi (1 kişi, 1 qadın) tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

6 yanvar, 09:45

Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır:

"Hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb".

Qeyd edək ki, Salyan rayonunun Noxudlu kəndi ərazisində bu gün avtomobil qəzası baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti