Bakı.Trend:
Cəlilabad sakini dəm qazından boğularaq ölüb.
Trend-in məlumatına görə, hadisə yanvarın 5-i saat 20:11-də qeydə alınıb.
Belə ki, Cəlilabad RPŞ-dən Cəlilabad rayonu, Üçtəpə kənd sakini İsazadə Şükran Yaqub qızının yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
