...

ANAMA Beynəlxalq Avrasiya Mətbuatı Fondu ilə 7 milyon manatlıq müqavilə bağlayıb

İqtisadiyyat Materials 6 Yanvar 2026 20:20 (UTC +04:00)
ANAMA Beynəlxalq Avrasiya Mətbuatı Fondu ilə 7 milyon manatlıq müqavilə bağlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi növbəti mərhələdə irihəcmli işlərə start verilir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuatı Fondu arasında yeni müqavilə bağlanıb.

Bağlanmış müqavilədə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müqaviləyə əsasən, ANAMA sözügedən işlərin müqabilində fonda 7,024 milyon manat ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti