...

Türkiyədə əcnəbinin mədəsindən yarım kiloya yaxın metamfetamin çıxıb

Dünya xəbərləri Materials 6 Yanvar 2026 18:33 (UTC +04:00)
Türkiyədə əcnəbinin mədəsindən yarım kiloya yaxın metamfetamin çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Batman Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər çərçivəsində şəhər girişində şəhərlərarası sərnişin avtobusu saxlanılaraq yoxlama aparılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, davranışları şübhəli hesab edilən xarici vətəndaş olan sərnişinin Batman Təhsil və Araşdırma Xəstəxanasında keçirilən tibbi müayinəsi zamanı mədəsində narkotik maddə olduğu müəyyən edilib.

Udmaq yolu ilə qəbul etdiyi müəyyən edilən 64 hissə şəklində ümumilikdə 472 qram metamfetamin təbii yollarla çıxarılıb.

Prosedurlar tamamlandıqdan sonra məhkəməyə təqdim edilən şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti