...

Yupiter bu həftə Yerə yaxınlaşır

Dünya xəbərləri Materials 5 Yanvar 2026 20:02 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvarında Günəş sisteminin ən böyük planeti Yupiter Yerə maksimum yaxınlığa çatacaq. Planet hazırda Əkizlər bürcündə, Kastor və Polluks ulduzları ilə birlikdə aydın görünür və gecə səmasında Veneradan sonra ən parlaq obyektə çevrilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o bu həftə Yerə 633 milyon km məsafədə olacaq.

Günəş işığının Yupiterdən Yerə çatması təxminən 35 dəqiqə çəkir.

9 yanvar GMT vaxtı ilə (Qrinviç saatı) saat 20:00-da şərq səmasında çılpaq gözlə rahatlıqla görünəcək. Sadə durbinlə müşahidə edildikdə dörd böyük peykini, 10x və daha böyük böyüdücülü teleskoplarla isə onun bulud qurşaqlarını görmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti