...

Məşhur macar rejissoru vəfat edib

Dünya xəbərləri Materials 6 Yanvar 2026 16:48 (UTC +04:00)
Məşhur macar rejissoru vəfat edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:
Məşhur macar rejissoru Bela Tarr 70 yaşında vəfat edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Tarrın ölüm xəbəri rejissor Bence Fliegauf tərəfindən ailəsi adından elan olunub.

Avropa Film Akademiyası yaydığı açıqlamada Bela Tarrın “uzun və ağır xəstəlikdən sonra” vəfat etdiyini bildirib.

Qeyd edək ki, rejissor beynəlxalq şöhrəti ilk dəfə 1988-ci ildə Berlin Film Festivalında premyerası keçirilən “Lənət” filmi ilə qazanıb. Daha sonra o, ümumilikdə doqquz tammetrajlı filmin rejissoru olub. Onun son filmi — “Turin atı” (The Turin Horse, 2011) Berlin Film Festivalında münsiflər heyətinin mükafatını qazanıb.

Bela Tarr xüsusilə yazıçı László Krasznahorkayın romanı əsasında çəkdiyi, 450 dəqiqəlik epik ekran işi olan “Sátántangó” (1994) filmi ilə dünya kinosunda dərin iz qoyub.

2023-cü ildə Bela Tarr Avropa Kino Akademiyasının Fəxri Mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti