...

Azərbaycan məhkəmə sistemi sahəsində Gürcüstanla əməkdaşlığı davam etdirəcək

Cəmiyyət Materials 8 Fevral 2007 17:05 (UTC +04:00)

Azərbaycan Ali Məhkəməsi Gürcüstan Ədliyyə Nazirliyi ilə əməkdaşılğı davam etdirəcək. Trend Azərbaycan Ali Məhkəməsi mətbuat xidmətinə istinadən bildirir ki, bu fikir Ali Məhkəmə sədri Ramiz Rzayev və Gürcüstanın ədliyyə naziri Qia Kavtaradzenin başçılıq etdiyi nümayəndə heyətinin rəsmi görüşündə səsləndirilib.

Görüş zamanı R.Rzayev Gürcüstan ədliyyə nazirinə məhkəmə sistemi işində qazanılmış uğurlardan danışıb. Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinin tərkibinə Gürcüstan ədliyyə nazirinin müavini Qivi Mikanadze, Məhkəmə ekspertizası milli büro rəhbəri Mamuka Mameladze və ictimaiyyət və mətbuatla əlaqələr üzrə departament rəhbəri Teya Kimiridze daxildir.

Xəbər lenti

Xəbər lenti