...

Azərbaycanlı alim Almaniyanın Heidelberg Universitetinin tibb dokturu dərəcəsinə layiq görülüb

Cəmiyyət Materials 19 Fevral 2007 20:06 (UTC +04:00)

Azərbaycanlı həkim Vüqar Yaqublu və alman həkimi doktor Keese Micahel xərcəng hüceyrələrinin proqramlaşdırılmış ölümünün canlı orqanizmdə təyin edilməsini mümkün edən biosnesor yaradıblar və onu uğurla həyata keçiriblər. Bu barədə Trend xəbər verir.

Hazırlanmış biosensor imkan verir ki, yeni dərman maddələrinin effektliyi sınaqdan keçirilsin. Eyni zamanda xərcəng hüceyrələrində dərmanlara qarşı yaranan reziztentliyin mexanizmi öyrənilsin. Gələcəkdə bu snesor xərcəng əleyhinə müalicə alan insanlar üçün individual müalicə taktikasının işlənib hazırlanmasında da tətbiq edilə bilər.

Bu uğura görə, Vüqar Yaqublu Almaniyanın Heidelberg Universitetinin Elmi Şurasının qərarı ilə tibb dokturu dərəcəsinə layiq görülüb.

O, 1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.

Xəbər lenti

Xəbər lenti