...

Qobustan Qapalı Həbsxanasında monitorinq keçiriləcək

Cəmiyyət Materials 2 Dekabr 2005 14:51 (UTC +04:00)

Dekabrın 6-da İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Qobustan Qapalı Həbsxanasında monitorinq keçirəcək. Bu barədə Trend ə E.Behbudov məlumat verib.

Qapalı Həbsxanada ömürlük cəzaya məhkum edilmiş məhbuslar saxlanılır. Hüquq mühafiəçisinin həmin həbsxanada montiorinq keçirmək qərarı qəbul etməsi son bir neçə ay ərzində həbsxana ətrafında yaranmış söz-söhbətlərdir. "Tez-tez ölüm halları baş verməsi, dustaqların aclıq aksiyası keçirməsi barədə məlumatlar ictimaiyyət arasında geniş yayılıb. Bu məlumatların nə qədər həqiqətə uyğun olub-olmamasını yerində yoxlamaq üçün həmin həbsxanada monitorinq keçirməyi qərara almışıq. Dustaqlarla görüşüb problemlərini öyrənəcəyik, həm də həbsxanada dustaqların saxlanma şəraiti ilə tanış olacağıq", deyə hüquq müdafiəçisi söyləyib.

E.Behbudov onu da qeyd edib ki, monitorinqin nəticəsi barədə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti