...

Kanadada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Cəmiyyət Materials 26 Fevral 2007 18:26 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Kanadanın Ontario əyalətində Ontario Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 15-ci ildönümü və Dünya Ana dili günü münasibətiylə etiraz aksiyasi keçirilib.Aksiyada Ermənistanın işğalı pislənilib və Azərbaycan dilinin tədrisinin yasaq olduğu İran rejiminə qarşı etirazlar səslənilib. Toronto şəhərində yerləşən Ontario Parlament Binasının önündə keçirilən aksiya, Ontario əyalət və Kanada parlamentlərinə müraciətlə başa çatıb.

Eyni tarixdə Kanada-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığıyla bu təşkilatın mərkəzi ofisində Xocalı qurbanlarını anma mərasimi təşkil olunub. Mərasimdə Xocalı soyqırımı ilə bağlı məlumat verildikdən sonra Ontario Parlamentinin üzvü, ictimai təhlükəsizlik naziri Monte Kvinter Xocalı soyqırımı haqda fikirlərini bildirib.

Cənab Kvinter Xocalı soyqırımı haqqında ilk dəfə eşitdiyini və bu həqiqətlərin Kanada, eləcə də dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Nazir, oz çıxışında Kanadada hər bir icmaya öz problemlərini tanıtmaq üçün şərait yaradıldığını da qeyd edib.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı slaydlar nümayiş etdirilib. Daha sonra türk icmasının ən böyük məscidinin imamı Əbdülqədir Kəsvəlioğlu şəhidlərin ruhuna Quran oxuyub.

Mərasimdə "Kanadian Interfeyz Dialoq" və "Dicl" cəmiyyətlərinin nümayəndələri,

jurnalistlər i ş tirak ediblər.

Xəbər lenti

Xəbər lenti