...

Salyanda quş qripi əleyhinə tədbir keçirilib

Cəmiyyət Materials 13 Mart 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir Emin/ Ümumdünya Səhiyyə Təşkilatı Salyanda quş qripinə qarşı profilaktik tədbir keçirib. Rayondakı 3 saylı orta məktəbin şagirdləri və müəllim heyəti ilə keçirilən görüşdə elektron stendlər vasitəsilə şagirdlərə quş qripinin nə olduğu başa salınıb. Təşkilatın nümayəndələri bildiriblər ki, uşaqlar bu xəstəliyə qarşı daha həssasdırlar. Ona görə də çalışmaq lazımdır ki, onlar quşlarla oynamasın və quşların tükləri, ifrazatı ilə çirklənə biləcək ərazilərdən uzfq olsunlar. Sonra şagirdlərin quş qripi ilə bağlı suallarına cavablar verilib. Sonda şagirdlərə quş qripindən qorunmağ üçün məsləhətləri əks etdirən bukletlər paylanıb.

Xatırladaq ki, indiyədək Azərbaycanda 8 nəfər quş qripinə yoluxmuşdu. Onların 5-i dünyasını dəyişib. Xəstəliyin 4 qurbanı 18 yaşına gədər uşaqlar olub. Təhlükəli virus ötən il Salyanın Dayıkənd kəndində

yaxın qohum olan 3 nəfər yeniyetmənin həyatına son qoymuşdu.

Xəbər lenti

Xəbər lenti