...

Rusiyanın Arxangelsk və Severodvinsk şəhərlərində "Azərbaycan günləri" keçiriləcək

Cəmiyyət Materials 16 Mart 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiya Federasiyasının Arxangelsk və Severodvinsk şəhərlərində 5-6 apreldə "Azərbaycan günləri" çərçivəsində tədbirlər keçiriləcək. Bu barədə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluq Rusiyanın Arxangelsk vilayətinin administrasiyası ilə birgə vilayətin Arxangelsk və Severodvinsk şəhərlərində Novruz bayramı şənliklərinin keçirilməsini planlaşdırır. 5 apreldə Arxangelskdə, 6 apreldə isə Severodvinsk şəhərində bayram konsertləri təşkil olunacaq, milli rəqslər, vokal ifalar, Azərbaycanın xalq artisti Səkinə İsmayılovanın rəhbərliyi altında muğam uçlüyünün çıxışı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti