...

İnsan alveri ilə məşgul olan dörd Bakı sakini tutulub

Cəmiyyət Materials 28 Mart 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları insan alveri ilə məşgul olan 4 nəfər Bakı şəhər sakinini həbs edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tutulan Sevinc Ağamalıyeva, Adilə İsgəndərova, Zemfira Əmirəliyeva və onun qardaşı Elşən Əmirəliyev cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə aparıb, onları cinsi istismara məruz qoyublar. Onlar barəsində cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti