...

Beynəlxalq Qırmızı Xaç Komitəsi Naxçıvanda treninqlərə başlayıb

Cəmiyyət Materials 9 Aprel 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend müxbir C.Qurbanoğlu/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə Ortopedik proqram çərçivəsində Naxçıvanda treninq keçirilir. Bu barədə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzindən bazar ertəsi məlumat verilib. Məqsəd regionda BQXK-nin təqdim etdiyi bilik və texnologiyaların tətbiqinə nail olmaqdır.

Treninqlərdə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin həkim və texnikləri iştirak edir və son texnologiyaların köməyi ilə topuq-pəncə protezlərinin hazırlanması işi izah olunur. Treninqlər 6 gün davam etməklə aprelin 11-də başa çatacaq.

BQXK-nın ortopedik proqramı çərçivəsində treninqlər Naxçıvandan əvvəl Bakı və Gəncə şəhərlərində keçirilib.

Xəbər lenti

Xəbər lenti