...

AFFA "Karvan"ı 2 min AZN məbləğində cərimələyib

Cəmiyyət Materials 10 Aprel 2007 17:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Karvan" futbol klubu AFFA İntizam Komitəsinin növbəti iclasında iki min AZN məbləğində cərimələnib. Assosiasiyadan Trend ə verilən məlumata əsasən, cəzanın səbəbi komandanın yarımmüdafiəçisi Kamal Quliyevin yevlaxlıların "Xəzər"ə 3:1 hesabı ilə güzəştə getdiyi ölkə çempionatının ötən turunda kobud oyuna görə aldığı qırmızı vərəqə olub. Bu olay kluba yalnız bu məbləğlə başa gəlməyib, həmçinin K.Quliyev növbəti iki görüşdə meydana çıxmaq imkanından məhrum edilib.

Eyni zamanda həmin yarışda oyundan çıxarılmış "Xəzər"in qolkiperi Dmitri Kramamrenko da bir matç diskvalifikasiya alıb. Bununla əlaqədar lənkəranlılar AFFA-ya iki yüz manat, daha bir min AZN isə matç vaxtı tribunadakı nizamsızlığa görə ödəyəcək.

Xəbər lenti

Xəbər lenti