...

Naxçıvan MR Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası yaradılıb

Cəmiyyət Materials 12 Aprel 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov/ Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi nəzdində Elmi Tibbi Şura yaradlıb. Nazirlikdən cümə axşamı Trend ə bildiriblər ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin yeni əsasnaməsi təsdiq olunub və həmin əsasnaməyə uyğun Elmi Tibbi Şuranın yaradılmasına aid müvafiq bənd yer alıb.

Nazirlikdən bildiriblər ki, şuranın yaradılmasında məqsəd regionda fəaliyət göstərən tibb ocaqlarının, o cümlədən həkim və tədqiqatçıların əhalinin sağlamlığına yönəldilmiş elmi fəaliyyətlərinin əlaqələndirilməsidir. Elmi Tibbi Şura, həmçinin Naxçıvan MR ərazisində tibbi kadrların hazırlanması işinə də nəzarət edəcək.

Artıq Elmi Tibbi Şuranın ilk konfransı keçirilib. Konfransda mədə və onikibarmaq bağırsaq xorası xəstəliklərinin yeni müalicə üsulları barədə mühazirələr dinlənilərək müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti