...

Komissiya sədrinin müavini: "İstənilən dərman vasitəsinin reklamı qadağandır"

Cəmiyyət Materials 13 Aprel 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Dərman vasitələri haqqında" yeni qanuna görə, istənilən dərman vasitəsinin reklamı qadağandır. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini, deputat Musa Quliyev bildirib.

O qeyd edib ki, KİV-də yalnız hansısa dərman vasitəsi haqqında məlumat verilə bilər.

"Bu məlumatların necə verilməsinin qaydalarını isə Teleradio Şurası, KİV və reklam şirkətləri müəyyənləşdirməlidirlər", - deyə M.Quliyev əlavə edib.

Millət vəkili qeyd edib ki, yaxın vaxtlarda Teleradio Şurasınnın rəhbəriliyi ilə görüşdə bu məsələni müzakirə edəcəklər.

M.Quliyev bildirib ki, qanun yaradıcılığı mexanizminə görə, əvvəlcədən qəbul edilən qanunlar sonra qəbul edilənlərə uyğunlaşdırılmalıdır: "Dərman vasitələri haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı prezident sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırıq verilib ki, əvvəllər qəbul olunan qanunun müddəaları "Dərman vasitələri haqqında" qanuna uyğunlaşdırılsın. Bu məsələ yaxın günlərdə həyata keçiriləcək."

Xəbər lenti

Xəbər lenti