...

Uşaq əməyindən istifadə halları çoxalıb

Cəmiyyət Materials 19 Aprel 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /korr.TrendLife Fərid Sadıxov| Azərbaycanda uşaq əməyi rəsmən qadağan olunsa da, bəzi işəgötürənlər qanunun tələblərini pozurlar. Müşahidələr bu gün müxtəlif sahələrdə uşaq əməyindən istifadə hallarının olduğunu göstərir.

Ekspertlərin fikrincə, uşaq əməyindən istifadənin əsas səbəbləri yoxsulluq və təhsildən yayınmadır. Bunu ciddi problem hesab edən Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, şəhər mühitində sərnişindaşıma nəqliyyatı, yükdaşıma, məişət və ticarət sahələrində uşaq əməyindən daha çox istifadə halları mövcuddur. Rayonlarda isə uşaqlar daha çox kənd təsərüfatı sahələrində əməyə cəlb edilir. Y.Bəkirov uşaq əməyindən istifadə edən işəgötürənlərə qarşı sərt tədbirlərin görülməsini vacib sayıb. O, əməyə cəlb edilən uşaqların sayı ilə bağlı dəqiq statistikanın mövcud olmadığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən TrendLife-a bildiriblər ki, aktuallığı ilə diqqəti cəlb edən problemin araşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Yeri gəlmişkən, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası da hazırda Lənkəran, Astara, Lerik, Zaqatala, Şəki, Balakən, Qax, və Masallı rayonlarında tütün və çay yetişdirilməsi sahəsində uşaq əməyinin istifadəsi üzrə araşdırma aparır. Araşdırmanın nəticələri bir neçə aydan sonra açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti