...

Gənc nəslə diqqət artırılır

Cəmiyyət Materials 21 Aprel 2007 10:37 (UTC +04:00)

Azərbaycan, Göyçay, "TrendLife" / Göyçay Rayon İcra Hakimiyyəti Aparatında rayon rəhbərliyinin Göyçay gəncləri ilə növbəti görüşü keçirildi. Qeyd edək ki, belə görüşlər rayonda artıq müntəzəm xarakter alıb.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının təhsil, elm və səhiyyə məsələləri üzrə müavini R.Rəcəbova açaraq ölkə rəhbərliyinin apardığı gənclər siyasətinə uyğun olaraq son dövrlərdə rayonda bu istiqamətdə görülən işlərdən danışdı. Sonra Rayon Gənclər və İdman Komitəsinin sədri S.Şükürov çıxış edərək hazırda rayonda gənclərlə bağlı bir sıra layihələrin həyata keçirildiyini, bu ilin üç ayı ərzində rayonda işlə təmin olunan 5097 nəfərdən 3100 nəfərinin məhz gənclər olduğunu qeyd etdi. Daha sonra rayon gənclərinin nümayəndələri çıxış etdilər.

Tədbirə Rayon İcra Hakimiyyətinin başçısı M.Ağayev yekun vurdu. O, öz çıxışında 2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin məlum sərəncamının əhəmiyyətini vurğuladı, ölkənin, habelə rayonun ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında gənclərin fəal iştirakını yüksək qiymətləndirdi, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində bundan sonra daha geniş tədbirlərin həyata keçiriləcəyini bildirdi, gəncləri maraqlandıran bir sıra suallara cavab verdi.

Xəbər lenti

Xəbər lenti