...

Azərbaycanda hava şəraiti mülayimləşəcək

Cəmiyyət Materials 25 Aprel 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Azərbaycanda hava şəraiti həftəsonu nisbətən mülayimləşəcək və sabit keçəcək. Bu barədə çərşənbə günü Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, aprelin 27 və 28-də havanın temperaturu yüksələcək və yağıntı ehtimalı olduqca azdır.

Bakı və Abşeron yarımadasında havanın temperaturu 15-19, Aran rayonlarında 16-20, dağlıq ərazilərdə isə 14-18 dərəcə olacaq.

Tağıyeva bildirib ki, ümumilikdə aprel ayında havaların bu cür soyuq keçməsi anomal hal kimi qiymətləndirilib. Havanın temperaturu aylıq normadan 2-3 dərəcə aşağı olub.

Xəbər lenti

Xəbər lenti