...

Azərbaycan tarixində ilk mobil TV yaradılıb

Cəmiyyət Materials 26 Aprel 2007 16:49 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Azərbaycanda internet ictimai şəbəkələrinin (Alumni Network) yaradıcılarından biri olan Emin Milli Azərbaycanın internet aləmində ilk mobil TV yaradıb. AN TV adlanan internet televiziyasının açılışında əvvəlcə Almaniyanın paytaxtı Berlində, Almaniya parlamentində keçirilən azərbaycanlı tələbələrin ilk forumu barədə məlumat verilib.

Trendin xüsusi müxbirinə müsahibə verən Emin Milli intenet televiziyası ilə bağlı yeni layihələr üzərində işlədiklərini, yeni proqramlarla tamaşaçıların qarşısına çıxacaqlarını bildirib. Qısa verilişlər hazırlayacaqlarını qeyd edən layihə rəhbəri verilişlərinin fərqli üslubda və maraqlı olacağını söyləyib.

Qeyd edək ki, hələ ki AN TV-nin yoxlama proqramlarını hazırlayır. AN TV-nin açılış verilişinə baxmaq üçün aşağıdaki linkdən istifadə edə bilərsiniz.

http://www.youtube.com/watch?v=-Ut0jje9R9M

Xəbər lenti

Xəbər lenti