...

Bakıda bədii gimnastika üzrə Avropa birinciliyinin püşkü atılıb

Cəmiyyət Materials 28 Aprel 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi "Hyatt Regency" otelində baş tutub. Qeyd edək ki, qitə birinciliyi yayda Bakıda keçiriləcək..

Trend in verdiyi xəbərə görə, püşkatmanı Xayde Bruneder başda olmaqla Avropa Gimnastika İttifaqının (UEG) Texniki komitəsinin nümayəndələri keçiriblər. Ev sahibliyini edən komandaya yeniyetmə komandalarının zaçotunda 10-cu yer düşüb. Yeniyetmələr gürzlə çıxış edəcəklər.

Fərdi şəkildə çıxış edən qrasiyalar arasında püşkatma isə 2005-ci ildə Moskvada keçirilən qitə birinciliyinin nəticələri əsasında atılıb. Konkret olaraq Azərbaycan komandası 4-cü sıra nömrəsini alıb.

Eyni zamanda gimnastların finaldakı çıxışının sıra nömrəsi onların ayrı-ayrı növlərdəki çıxışlarının yekunlarından asılı olaraq müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti