...

Azərbaycanlı cüdoçular Romada keçirilən Dünya Kubokunda iki medal qazanıblar

Cəmiyyət Materials 30 Aprel 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması Romada keçirilən Dünya Kubokunda iki medal qazanıb.

Komandanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, 73 kq-dək çəki dərəcəsində qalib Avropanın eks-çempionu Elnur Məmmədli olub. Onu bu uğuruna həmçinin komandanın veteranları Mehman Əzizov ( 81 kq) və Mövlud Mirəliyev ( 100 kq) dəstək veriblər. Onlar kifayət qədər müvəffəqiyyətlə çıxış edərək göstəriblər ki, lisenziya uğrunda mübarizə aparmağa qüvvələri var.

Gümüş medalı isə gənclər arasında dünya çempionu olan Nicat Şıxəlizadə qazanıb. Bu nəticələr idmançılarımıza Pekinə getmək üçün lazımi xallar yığmaq üçün kömək edəcək. Lakin Olimpiadaya lisenziya qazanmaq üçün həmçinin növbəti lisenziya xarakterli yarışlarda da uğurla çıxış etmək gərəkdir.

Onu da əlavə edək ki, xanım idmançımız Kifayət Qasımova ( 57 kq) da Dünya Kubokunda uğurla çıxış edib və növbəti reytinq xallarını qazanıb.

Xəbər lenti

Xəbər lenti