...

DAK sədri: "Strasburqda Şuşanın işğalının 15-ci ildönümünü qeyd edirik"

Cəmiyyət Materials 5 May 2007 15:07 (UTC +04:00)
DAK sədri: "Strasburqda Şuşanın işğalının 15-ci ildönümünü qeyd edirik"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azəraycanın Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar şənbə günü Fransanın Strasurq şəhərində elmi-praktik konfrans keçirilir. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti məlumat verib.

Derəxti bildirib ki, tədbirdə Fransada yaşayan azərbaycanlılarla yanaşı, İsveç, Norveç, Almaniya və Azərbaycandan da nümayəndələr iştirak edirlər. Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, sənətçilərdən xalq artistləri Niyaməddin Musayev, İlhamə Quliyeva, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov və digərləri iştirak edirlər.

DAK sədri qeyd edib ki, tədbir Azərbaycan himninin oxunması ilə başlayıb, bir sıra çıxışlar, məruzələr edilib. Məruzəçilər Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Şuşanın işğalının 15-ci ildönümü barədə danışıb, erməni təcavüzünü, separatçıların Şuşanın işğalını bayram kimi qeyd etməsini pisləyiblər.

Derəxti bildirib ki, tədbirin sonunda beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq. Müraciətdə Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın ərazilərinin işğal edilməsinə dair BMT qətnamələrinə məhəl qoymaması, həmçinin Dağlıq Qarabağ separatçılarının Şuşa şəhərini yenidən qurmaq cəhdləri pislənilir.

Elmi-praktik konfransdan sonra Azərbaycan sənətçiləri Quliyeva və Musayevin ifasında vətənpərvərlik ruhunda konsert keçiriləcək.

Derəxti bildirib ki, mayın 7-də isə Strasburqun "Brogli" meydanında Şuşanın işğalına etiraz olaraq mitinq keçiriləcək.

Xəbər lenti

Xəbər lenti