...

Azərbaycanlı əsirə prokuror iş istəyib

Cəmiyyət Materials 14 May 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir K Zərbalıyeva / Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Camai Ramazanovun sədrliyi ilə ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bazar ertəsi məhkəmədən Trend ə bildirilib ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edib və Qaracayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il azadlıqdan məhrum edilməsini istəyib. Qaracayevin vəkili çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsə ədalətli hökm çıxarılmasını xahiş edib. Sabah məhkəmə Qaracayevə hökm çıxaracaq.

Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib

Xəbər lenti

Xəbər lenti