...

"MKT-Araz" avrokuboklarda iştirak edə bilməyəcək

Cəmiyyət Materials 17 May 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "MKT-Araz" futbol klubu növbəti mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək.

AFFA baş katibi Fuad Əsədovun bildirdiyinə görə, bu, komandanın müvafiq lisenziya ala bilməməsi ilə bağlıdır. O qeyd edib ki, İmişli klubunun vergi orqanları qarşısında 450 min manat borcu olub. "Ötən mövsümdə də imişlilərin müəyyən borc öhdəlikləri var idi. Lakin biz onlara güzəştə getdik. İndi isə məlum olub ki, vəziyyət daha da mürəkkəbdir" - deyə Əsədov qeyd edib.

Onun sözlərinə görə, klub rəhbərliyinin qərarla bağlı müvafiq apellyasiya vermək hüququ olub, lakin imişlilər bundan yararlanmayıblar.

Qeyd edək ki, "MKT-Araz" mayın 28-də Azərbaycan Kubokunun final mərhələsində "Xəzər-Lənkəran"la oynayacaq.

Xəbər lenti

Xəbər lenti