...

Sabiq səhiyyə nazirinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri bu gün 3 saylı İstintaq Təcridxanasına köçürüləcək

Cəmiyyət Materials 21 May 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbov bu gün Penitensiar Xidmətin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına köçürüləcək. Talıbovun vəkili Telman Novruzzadə bazar ertəsi Trend ə bildirib ki, onların vəsatətləri ilə əlaqədar bəzi istintaq hərəkətlərinin aparılması üçün komitə sədri Sumqayıta gətirilmişdi. O, Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılırdı. Vəkil bildirib ki, vəsatətləri ilə bağlı bir qrup istintaq hərəkətləri hələlik yekunlaşmayıb. Novruzzadə bildirib ki, Talıbovun saxlanma şəraitindən, ona olan münasibətdən şikayəti yoxdur.

Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin seçdiyi iki aylıq həbs qətimkan tədbirinin müddəti iyunun 19-da başa çatır. İstintaqın da həmin vaxta qədər yekunlaşacağı və baxılması üçün şəhər məhkəməsinə göndəriləcəyi nəzərdə tutulub.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Xəbər lenti

Xəbər lenti