...

Prezidentin İcra Aparatının rəhbəri: "Azərbaycanda mətbuata qarşı heç bir təzyiq yoxdur"

Cəmiyyət Materials 23 May 2007 13:10 (UTC +04:00)
Prezidentin İcra Aparatının rəhbəri: "Azərbaycanda mətbuata qarşı heç bir təzyiq yoxdur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda mətbuata qarşı heç bir təzyiq yoxdur. Müəyyən qəzetlərin rəhbərləri fəaliyyətlərində qanunları pozaraq insanları təhqir etdiyindən, onlara qarşı müvafiq qanun tətbiq olunur. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında son vaxtlar bəzi mətbuat işçilərinin həbs olunmasına münasibət bildirərkən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinə qarşı da hər hansı təzyiq yoxdur. Sadəcə Fövqəladə Hallar Nazirliyi həmin binanın təhlükəsizliyini təmin etmək məqsədilə qəzetlə yanaşı digər yeddi-səkkiz təşkilatı lf həmin binadan çıxarıb.

Mehdiyev hesab edir ki, bu proseslərə siyasi xarakter vermək ədalətsizlikdir. Onun fikrincə, müəyyən qüvvələr öz məqsədləri, korporativ maraqları üçün bundan istifadə edərək qanuni prosesləri siyasiləşdirir.

Beynəlxalq təşkilatların Azərbaycana münasibətinə gəlincə, Mehdiyevin mövqeyi birmənalı olub. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edir.

"Əgər hər hansı təşkilat hesab edirsə ki, Azərbaycan onlara qarşı hörmətsizlik edir, onlar birinci növbədə öz hərəkətlərinə qiymət verməlidir. Azərbaycana müxtəlif təzyiqlər göstərmək ağlasığmazdır və biz bunu qəbul etmirik" - deyə Mehdiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti