...

Azərbaycan Daxili Qoşunlarının sabiq komandanının apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 24 May 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Daxili Qoşunlarının sabiq komandanının apellyasiya şikayəti təmin olunmayıb. Cümə axşamı Apellyasiya Məhkəməsindən Trend ə bildirilib ki, hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq komandan Fəhmin Hacıyevin müddətin bərpası ilə bağlı şikayəti rədd olunub.

Sabah isə Hakim Ələkbər Quliyevin sədrliyi ilə Hacıyevin başqa bir şikayəti üzrə proses keçiriləcək.

Ötən ilin sonunda Avropa İnsan Haqları Məhkəməsi Hacıyevin şikayəti ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb. Avropa Məhkəməsi Azərbaycan dövlətinin sabiq komandana hüquqları pozulduğuna görə beş min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb. Artıq Azərbaycan dövləti Hacıyevlə bağlı Avropa Məhkəməsinin kompensassiyanın ödənilməsi ilə bağlı qərarını icra edib.

1994-cü ildə həbs olunmuş Hacıyev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, 2004-cü ildə prezident tərəfindən əfv olunub. Hacıyev hazırda Türkiyədə yaşayır.

Xəbər lenti

Xəbər lenti