...

Orta məktəblərdə son zəng mayın 31-də çalınacaq

Cəmiyyət Materials 26 May 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/müx.TrendLife Fərid Sadıxov/ 2006-2007-cı tədris ilinin başa çatması ilə əlaqədar bütün orta məktəblərdə son zəngə hazırlıq tədbirləri görülür. Təhsil Nazirliyindən TrendLife-a bildirilib ki, son gənc tədbirləri mayın 31-də keçiriləcək. Həmin gün ölkədə fəaliyyət göstərən 4542 ümumtəhsil məktəbində təhsil alan 100 minə yaxın 11-ci sinif məzunları üçün son zəng çalınacaq.

Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də Bakıdakı təhsil müəssisələrinin məzunları onlar üçün bu əlamətdar günü Milli Parkda qeyd etməyi planlaşdırırlar. Bununla əlaqədar həmin gün dənizkənarı bulvarda asayişin qorunmuası məqsədilə əraziyə əlavə polis qüvvəsi ayrılacaq. Bu barədə TrendLife-a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Xatırladaq ki, ötən illərdə dənizkənarı bulvarda qeyd olunan son zəng gəzintiləri məktəblilər arasında baş vermiş xoşagəlməz hadisələrlə müşayiət olunub.

.

Xəbər lenti

Xəbər lenti