...

Kamera Teatrı qastroldan uğurla qayıdıb

Cəmiyyət Materials 29 May 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı. 29 may /müx.TrendLife Eldar Hüseynzadə/ Azərbaycan Kamera Teatrının qrupu Moskva ətrafındakı Melexova şəhərindən uğurla qayıdıb. TrendLife-ın verdiyi məlumata görə, orda "Melexov baharı" adlı beynəlxalq teatr festivalı keçirilib. Həmin festival dahi rus yazıçısı Anton Çexovun yaradıcılığına həsr olunub. Festivalda Rusiya, Ukrayna və Azərbaycandan teatr kollektivləri iştirak edib.

Bizim teatr kollektivi Azərbaycan dilində "Albalı baxçası" tamaşasını təqdim edib. Quruluşlar Çexovun ev-muzeyində keçib. Bizim aktyorların işi festivalda ən yaxşılar sırasına daxil edildi. Onu da qeyd edək ki, "Albalı baxçası" tamaşasının əsas rollarını Leyla Vəliyeva, Nofəl Vəliyev, Şövqü Hüseynov və başqaları ifa edib. Tamaşanın rejissoru Azərbaycanın xalq artisti İrina Perlovadır.

Xəbər lenti

Xəbər lenti