...

Nüşabənin oğlunun toy-şousu

Cəmiyyət Materials 31 May 2007 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /müx.TrendLife Vüqar Vüqarlı/Tanınmış müğənni Nüşabə Ələsgərlinin oğlu olan Orxanın kiçik toy mərasimi bəzi böyük toylardan qat-qat üstün keçdi. "Yeganə" şadlıq evinin səhnəsində Azərbaycan toylarının kralları və kraliçaları, şahzədələri, madonna və primadonnaları yığışmışdılar. Murad Dadaşovun etdiyi zarafatda - "Bu gün heç yerdə toy yoxdur. Bütün müğənnilər burdadır" - həqiqət var idi.

Onlar yedilər, içdilər, əyləndilər. Allah o gün şadlıq evinin masasına nə istəsən göndərmişdi. Qara və qırmızı kürü, xarici çaxırlar, markalı konyaklar, müxtəlif növlü pivələr, cürbəcür şirələr (ən çox sevilən nar şirəsi). Araqlar ancaq Rusiyanın idi. Yeməklərə gəldikdə isə, qoyun kababından tutmuş, toyuğun döş ətinə kimi. Toyuqdan hər cür yemək növləri. Soyutmadan tutmuş, "Kiyev" kotletinə qədər. Bircə diri toyuq çatmırdı. İndii isə keçək qonaqlara.

Həə...Qonaqlar arasında kimlər yox idi. Ən birinci Nüşabə xanımın həmkarları. İlhamə Quliyeva, Nazpəri Dostəliyeva, Nadir Qafarzadə, Xatirə İslam, İlqar Sail, iki Rüfət Axundovlar, Mehdiyev. "Əziz dostlar" olan Elariz və Nazim faytonçu, Səməd Səmədov və Nadir Bayramlı. Mən bəzilərinin adını çəkmədim. Əlbəttə, Nüşabə xanımın dəvət etdiyi türk estradasının superulduzu İbrahim Tatlısəs də orda idi. Orda elələri var idi ki, üzdə gülsələr də, içlərində paxıllıqdan partlayırdılar. Heç olmasa, onlar paxıllıqlarını az da olsa, gizlədə bilirdilər.

Nadir Bayramlı bütün gecəni İbrahim Tatlısəsə yalvarırdı ki, onunla mahnı oxusun. Nadir Qafarzadə isə türk müğənnisi ilə şəkil çəkdirmək üçün yanırdı. Öz səviyyəsini ancaq İlhamə Quliyeva saxlamışdı. Onun öz qiymətini bilməsi məni valeh etmişdi. Bütün müğənnilər Tatlısəsin dalınca düşdüyü halda, İlhamə xanım Tatlısəs gəlib onunla görüşməyənə qədər yerindən tərpənmədi. Müğənnilər belə hərəkəti ilə ancaq balın kraliçası olan Nüşabə xanıma daha çox ziyan verirdilər. O ,həmıya deyirdi, hər kəs yerində əyləşib, Tatlısəsin oxumağına qulaq assın. Hətta massa xidmətçilərinin vəzifələri yaddan çıxmışdı. Hamı əlindəki telefona turk müğənnisini çəkirdi.

Xəbər lenti

Xəbər lenti