...

Ana və uşaq ölümünə qarşı kampaniya başlayıb

Cəmiyyət Materials 29 İyun 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun/müx.TrendLife Fəridə Məhərrəmqızı/Həm rəsmi, həm də qeyri-rəsmi statsitika son illər Azərbaycanda doğuş zamanı ana və uşaq ölümünün artdığını göstərir. Rəsmi statistikaya görə, son iki ildə doğuş zamanı 88 ana dünyasını dəyişib. Bu ilin 6 ayında isə 15 ana ölümü qeydə alınıb.

Ölkəmizdə ana və uşaq ölümünün qarşısının alınması üçün müxtəlif tədbirlər görülür. Belə tədbirlərdən biri bu həftə start verilən "Doğru doğuşa doğru" ictimai kampaniyadır. TrendLife-in kampaniyanın təşkilat qrupundan aldığı məlumata görə, aksiyanın məqsədi hər bir hamilə qadına özünün doğum qayğısına qalmağı hiss etdirmək, hüquqlarını anlatmaq və onları tələb etməyi öyrətmək, doğum evləri qarşısında qadınlara hörmətlə yanaşma məsələsi qoymaqdan ibarətdir. Təşkilat qrupu bütün qadınları bu kampaniyada fəal iştirak etməyə çağırıb. Aksiyaya qoşulacaq analar üçün anketlər də hazırlanıb. Anketlər son illərdə uşaq doğulan ailələrə paylanacaq. Bu kamaniya 2008-ci il martın 20-dək davam edəcək. Kampaniya çərçivəsində ginekoloqlar və mamalar, pediatrlar üçün treninqlər də təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti