...

Müğənni Xuraman Şuşalı: "Bəzi şou-biznes nümayəndələri tərbiyəsiz insanlardır"

Cəmiyyət Materials 2 İyul 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx. "TrendLife" Əli Dərviş/ Azərbaycan şou-biznesində çox tez-tez mənasız və təhqiramiz dava-dalaşların izləyicisi oluruq. Birinci olmaq üçün müğənnilər öz həmkarlarının ünvanına nə gəldi söyləyirlər. Bu vəziyyətdə xanım ifaçılar nə dərəcədə öz qürurlarını, səviyyələrini saxlayırlar? Bu barədə cavab tapmaq üçün "TrendLife" müğənni Xuraman Şuşalıya müraciət etdi və bu cavabı aldı: "İndiki vaxtda məşhur olasan, buna rəğmən səviyyəni saxlayasan - bu, çox çətin işdir. Həm də vaxt həmin vaxt deyil. Bəzi şou-biznes nümayəndələri tərbiyəsiz insanlardır. Belələri ilə üz-üzə gələndə isə onlarla nəinki danışırsan, həm də onları tərbiyələndirməyə çalışırsan. Təəssüf ki, susduğun vaxtlarda sənə zəif kimi baxırlar. Belə bir misal var: "Nə əkərsən, onu da biçərsən". Sifət saxlamaq üçün isə tərbiyə gendə olmalıdır. Əgər bir insan ki, əzizlərinin, qohumlarının sözünü eşitmir, ondan nə gözləyəsən?" Müğənni həmkarları ilə bağlı bunları da söylədi: "Məlum olmayan səbəblər üzündən şou-biznesdə bəziləri məndən üz çeviriblər. Bəzilərini heç tanımıram. Onlarla heç vaxt təmasda olmamışam. Yəqin bu yolla onlar tanınmaq istəyirlər. Qoy nə edirlər etsinlər. Xəbərdarlıq edirəm, mənim barəmdə nəsə eşitsəm, onları mütləq yerlərində otuzduracam".

Xəbər lenti

Xəbər lenti