...

Azərbaycan hökuməti uşaq hüquqlarının mühafizəsi ilə bağlı hesabat verəcək

Cəmiyyət Materials 5 İyul 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İyulun 6-da Azərbaycan hökuməti və UNICEF təşkilatının Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi konfrans öz işinə başlayacaq. Konfrans BMT-nin "Uşaqlar üçün yararlı dünya" qətnaməsinin qəbul olunmasının beş illiyinə həsr olunub. Bu barədə cümə axşamı UNICEF-in Bakı ofisindən məlumat verilib.

Konfransın əsas məqsədi Azərbaycanda BMT-nin Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" qətnaməsinin indiyədək həyata keçirilməsini nəzərdən keçirmək, hökumətin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin uşaq hüquqlarının təşviq edilməsi və qorunmasında iştirakını artırmaqdır.

Sənəd dünyadakı uşaqlar üçün və onların iştirakı ilə növbəti on il üçün nəzərdə tutulmuş 21 konkret hədəf və məqsədi özündə birləşdirən yeni proqram təmin edir. Konsensusun əldə edilməsi ilə bağlı iki illik fəaliyyətdən sonra diqqəti dörd əsas prioritetə yönəldən proqram hazırlanıb: Sağlam həyat tərzinin təbliğ olunması; Hamı üçün keyfiyyətli təhsilin təmin edilməsi; Uşaqların təhqir, istismar və zorakılıqdan qorunması; İİV/QİÇS-ə qarşı mübarizə. Rəsmi olaraq Azərbaycan da daxil olmaqla 180-ə yaxın ölkə qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti