...

Azərbaycanın təhsil naziri: "Ölkədə şagirdlərə nisbətən müəllimlərin sayı çoxdur"

Cəmiyyət Materials 9 İyul 2007 13:10 (UTC +04:00)
Azərbaycanın təhsil naziri: "Ölkədə şagirdlərə nisbətən müəllimlərin sayı çoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda müəllimlərin sayı şagirdlərə nisbətdə çoxdur. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycan məktəblərində orta hesabla doqquz şagirdə bir müəllim düşür ki, bu heç də yaxşı göstərici deyil. Nazir bildirib ki, Bakının mərkəzi məktəblərində isə müəllimlərin sayı daha çoxdu.

"Biz müəllim-şagird nisbətini qaldırmaq üçün müəyyən işlər görürük. Hazırda bununla bağlı bir neçə rayonda sınaq işləri aparılır" - deyə Mərdanov əlavə edib.

Hazırda Azərbaycanda 4542 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin müəssisələrdə təhsil alan 1,6 milyon şagirdin təlim-tərbiyəsi ilə 174 min pedaqoji işçi məşğul olur. Ölkədə fəaliyyət göstərən lisey və gimnaziyalarda 29 233 şagird təhsil alır. 13 özəl ümumtəhsil məktəbində 4550 şagird oxuyur.

Xəbər lenti

Xəbər lenti